ELM VƏ TƏHSİL


Daha iki məktəbli qızıl medal qazanıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Paytaxt məktəblilərinin idman sahəsində uğurları davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu qurumun tabeliyindəki 234 nömrəli tam orta məktəbin V sinif şagirdi Əliağa Mirzəyev 27 kiloqram çəki dərəcəsində cüdo idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb. Məktəbli 2 erməni və 3 gürcü rəqibini məğlub edərək diplom və qızıl medalla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə qayıdan digər idmançı isə 21 nömrəli tam orta məktəbin şagirdi Kənan Cəfərlidir. Məktəbli Rusiyada keçirilən beynəlxalq turnirdə kikboksinq idman növü üzrə 37 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Kənan Cəfərlinin məğlub etdiyi rəqibləri arasında erməni idmançı da olub. Məktəbli bu qələbəsinə görə diplom, qızıl medal və kubokla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.