DÜNYA


Daha üç ölkədən Litvaya qayıdanlar iki həftəlik karantinə alınılacaqlar

Vilnüs, 8 sentyabr, AZƏRTAC

Litva Səhiyyə Nazirliyi koronavirusun geniş yayıldığı ölkələrin siyahısını yeniləyib.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu həftə ərzində Norveç, Macarıstan və Kanadadan gələn şəxslər mütləq qaydada özünütəcrid rejimində qalmalıdırlar.

Bildirilib ki, yuxarıda adları qeyd olunan ölkələrdə son iki həftə ərzində 100 min nəfər əhaliyə düşən yoluxma nisbəti 16 haldan çox təşkil etsə də, bu göstərici 25 haldan yüksək olmayıb. Bu səbəbdən də bu ölkələrdən gələnlər və ya həmin ölkələrin sərhədlərini tranzit yolla keçərək başqa ölkələrdən gələn şəxslər iki həftə ərzində özünütəcrid rejimində qalmalı olacaqlar.

Qeyd edilib ki, hazırda Avropa İqtisadi Zonasına üzv ölkələrdə 100 min nəfər əhaliyə düşən yoluxma nisbətinin 16 haldan az təşkil etdiyi yalnız 3 ölkə var. Bunlar Latviya, Finlandiya və Kiprdir.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.