ELM VƏ TƏHSİL
Dahi rəhbər Heydər Əliyev bütün həyatını xalqının xoşbəxtliyinə həsr edib
Bakı, 12 dekabr, AZƏRTAC
Biz bugünkü xoşbəxt və firavan həyatımız üçün ümummilli lider Heydər Əliyevə borcluyuq. Ulu Öndər xalqımızın böyük xilaskar oğludur.
Bu fikirləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gəlmiş Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Böyükkişi Baxşiyev AZƏRTAC-a müsahibəsində söyləyib.
B.Baxşiyev vurğulayıb ki, dahi rəhbər Heydər Əliyev daim doğma Vətəni, xalqı üçün çalışıb. Ulu Öndər bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr edib.
Görkəmli dövlət xadimi Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu söyləyən tələbə gənc Ümummilli Liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın dünya ölkələri arasında özünə layiqli yer tutduğunu bildirib.