DÜNYA


“Daimler” şirkəti robot taksilərin kütləvi istehsalına başlayacaq

Vyana, 17 mart, AZƏRTAC

Gələcəkdə əhalinin sıx yaşadığı meqapolislərdə şəxsi avtomobillər üçün dayanacaq imkanları getdikcə məhdudlaşacaq ki, bu da öz növbəsində bir tərəfdən ictimai nəqliyyat şəbəkəsini genişləndirməyi, digər tərəfdən isə yeni mobillik konsepsiyalarının tətbiqini tələb edir.

“Daimler” şirkəti şəhərlərdə əhalinin rahat hərəkətini təmin etmək üçün 2021-ci ildən etibarən sürücüsüz avtomobillərin – robot taksilərin kütləvi istehsalına başlayacaq. Bu barədə məlumatı nüfuzlu “Automobilwoche” (Avtomobil həftəsi) dərgisi yayıb.

Məlumatda bildirilir ki, robot taksilər ilkin mərhələdə ABŞ və Avropa bazarlarına çıxarılacaq, sonrakı mərhələdə isə Çin istiqaməti diqqət mərkəzində dayanacaq.

Beynəlxalq konsern ilkin mərhələdə 10 min ədəd robot taksi istehsal etmək niyyətindədir. İki ildir ki, “Daimler” şirkəti robot taksilərin istehsalı ilə bağlı “Bosch” şirkəti ilə əməkdaşlıq edir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.