CƏMİYYƏT


Damar malformasiyası olan xəstə sağlamlığa qovuşub

Bakı, 18 noyabr, AZƏRTAC

Doğuşdan üzünün sağ tərəfində mövcud olan, lakin son illərdə böyüyərək üzündə asimmetriya, rəng dəyişikliyi və şiddətli ağrıya səbəb olan bərk şişlik xəstəni ciddi şəkildə narahat edirdi. Onun Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciətinə endovaskulyar cərrah, professor Əhməd Məmiş tərəfindən edilən rəngli doppler, ultrasəs maqnit-rezonans və angioqrafiya müayinələrindən sonra diaqnoz qoyulub.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 26 yaşlı xəstəyə multidissiplinar yanaşma tətbiq olunub. Əvvəlcə professor Əhməd Məmiş, növbəti gün isə cərrah Ruslan Rəhimov tərəfindən aparılan əməliyyatlar nəticəsində malformasiya qansız əməliyyatla tam olaraq xaric edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.