CƏMİYYƏT


Dan Stav: Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi qlobal istiləşməyə qarşı mübarizəyə də öz töhfəsini verəcək

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi ölkənin gözəl təbii landşaftını qoruyub saxlamaqla yanaşı, qlobal istiləşməyə qarşı mübarizəyə də öz töhfəsini verəcək.

Bunu AZƏRTAC-a müsahibəsində İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stav Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə münasibət bildirərək deyib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın respublika ərazisində 650 min ağacın əkilməsi ilə bağlı böyük əhəmiyyət kəsb edən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Bu təqdirəlayiq təşəbbüs Azərbaycanın gözəl təbii landşaftını qoruyub saxlamaqla yanaşı, qlobal istiləşməyə qarşı mübarizəyə də öz töhfəsini verəcək. Çünki bu ağaclar böyüdükdən sonra insanlar tərəfindən atmosferə atılan onlarla karbon qazını udacaq. Azərbaycanın bu təşəbbüsünə daha çox ölkə qoşularsa, bu, xeyli miqdarda karbon qazının emissiyasına və qlobal istiləşmənin əhəmiyyətli dərəcədə yavaşımasına səbəb olacaq”, - deyə səfir qeyd edib.

Diplomat bildirib ki, meşələrin bərpasını prioritet məsələ kimi gündəmdə saxlayan İsrail Dövləti belə bir təşəbbüsü tam dəstəkləyir. O xatırladıb ki, yəhudilər də bir zamanlar səhralaşmanı sürətləndirən və əsrlərboyu davam edən meşələrin kəskin qırılması prosesi ilə üzləşmişdilər. Yəhudi liderlər İsrailin meşə ərazilərinin bərpasını əhatə edən böyük kampaniyaya rəhbərlik etmək üçün "Keren Katemet Leisarel" adlı təşkilat yaratmışdılar. Həmin təşkilat tərəfindən 1904-cü ildən bu günə qədər 240 milyon ağac əkilib, bir çox yeni meşəliklər salınıb və ya köhnələri bərpa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.