REGİONLAR
“Danabaş kəndinin məktəbi” komediyası Lənkəran Dövlət Dram Teatrının səhnəsində
Lənkəran, 27 dekabr, Bağır Əliyev, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” komediyası əsasında hazırlanmış tamaşanın premyerası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov, musiqi tərtibatçısı İzzət Qurbanovdur.
Tamaşada rolları Xalq Artisti Qabil Quliyev (Naçalnik), Əməkdar Artist Sucəddin Mirzəyev (Pristav), aktyorlar Allahverən Babayev (Qazı), Əlibala Əsgərov (Məşədi Ağakişi), Şarud Mehdiyeva (Şaban nənə), Miraslan Ağayev (Hümmətəli), Sayad Əliyev (müəllim), Hikmət Cəfərov (Kərbəlayi Mirzalı), Emin Fərzullayev (şagird), Rauf Zeynalov (şagird), Nizami Qurbanov (yüzbaşı) və başqaları ifa ediblər.