DÜNYA
Danimarkada ticarət mərkəzində atışma olub, bir neçə nəfər yaralanıb – polis əməliyyat keçirir
Stokholm, 3 iyul, Rauf Əliyev, AZƏRTAC
Danimarka paytaxtının Erestad rayonunda yerləşən Field's ticarət mərkəzində baş verən atışmada bir neçə nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Danimarka polisi tviter hesabında məlumat paylaşıb.
Hadisə yerinə çox sayda polis qüvvələri, eləcə də bir neçə təcili yardım maşını cəlb olunub. Ticarət mərkəzinin ətrafı mühasirəyə alınıb, havaya helikopter qaldırılıb. Eyni zamanda, polis hər kəsi mərkəzin ətrafındakı ərazidən uzaq durmağa çağırıb.
Ticarət mərkəzindəki insanlara olduqları yerdə qalmaları və polis qüvvələrini gözləmələri barədə çağırış edilib.
Polisin yaydığı məlumata əsasən, bir neçə nəfər yaralanıb, bir nəfər saxlanılıb. Ticarət mərkəzindəki silahlı şəxslərə qarşı əməliyyat davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]