MƏDƏNİYYƏT


Danimarkalı rejissorun “Sərxoş” filmi London kinofestivalında ən yaxşı ekran əsəri adını qazanıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Danimarkalı rejissor Tomas Vinterberqin “Sərxoş” filmi 64-cü London kinofestivalının “Ən yaxşı bədii film nominasiyası”nda qalib olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, COVID 19 pandemiyası ilə əlaqədar festivalın budəfəki qaliblərini münsiflər heyəti deyil, tamaşaçılar təyin edib.

“Ən yaxşı sənədli film” nominasiyası üzrə isə “Rəssam və oğru” (The Painter and the Thief) ekran əsəri qalib seçilib. Film çex rəssamı Barbara Kisilkova ilə onun Osloda rəsm qalereyasından iki əsərini oğurlayan norveçli cinayətkar arasında yaranan dostluqdan bəhs edir.

Builki kinofestival fərqli bir formatda keçirilib. Kinoteatrlarda nümayiş olunan filmlərin sayı məhdudlaşdırlıb, fəxri qonaqların filmləri və çıxışları isə “YouTube” və “Amazon Prime Video” servislərilə yayımlanıb. Təltifetmə mərasimi də virtual formatda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.