Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı dövlət rüsumu və xidmət haqları barədə məlumatlar tam açıq və əlçatandır

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı dövlət rüsumu və xidmət haqları barədə məlumatlar tam açıq və əlçatandır

Bakı, 17 may, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət rüsumu və xidmət haqları ilə bağlı məlumatların şəffaflığı, açıqlığı və əlçatanlığı tam təmin olunub.

Komitədən AZƏRTAC-a bildiriblər ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin tarifləri və rüsumları barədə məlumatı komitənin rəsmi informasiya portalından (emdk.gov.az) əldə etmək mümkündür. Bununla yanaşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və onların rayon şöbələrinin inzibati binalarında görünən yerdə dövlət rüsumu və xidmət haqqı ilə bağlı müvafiq məlumat lövhələri də yerləşdirilib. Lövhələrdə tələb olunan ödənişlər barədə məlumat əks olunub.

Belə məlumatlar həmçinin Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının portalında (tariffcouncil.gov.az) da yerləşdirilib.

Dövlət rüsumunun tutulduğu hallar və onun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi ilə, xidmət haqqının tutulduğu hallar və onun tarifləri isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə tənzimlənir.

Dövlət rüsumu və xidmət haqqı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarışların verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, ipotekanın təkrar və əlavə qeydiyyatı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) təqdim edilməsi və digər xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilir.

Qeyd edilməlidir ki, dövlət rüsumu və xidmət haqlarının alınması tam olaraq nağdsız həyata keçirilir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumu və xidmət haqları Hökumət Ödəniş Portalı, ödəniş terminalları və ya onlayn əlaqə vasitəsilə ödənilir.

Xidmət haqqının alınması zəruriliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməsi və həmin xidmət haqqından daxil olan vəsait hesabına öz fəaliyyətlərini maliyyələşdirməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, qabaqcıl dünya praktikasında daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən qurumların dövlət büdcəsindən asılı olmadan fəaliyyət göstərməsi və daxil olan xidmət haqlarından maliyyələşməsi ənənəsi geniş yayılıb.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, 26.1.2-ci maddəsinə əsasən texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 manat, 26.4-cü maddəsinə görə isə ipotekanın təkrar və əlavə qeydiyyatı üçün 10 manat məbləğində rüsum ödənilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin daha çox istifadə olunan xidmətlərindən biri də daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) verilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi müvafiq qaydalara riayət edilməklə həyata keçirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə dövlət rüsumu 10 manat məbləğində müəyyən olunub. Komitə tərəfindən daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) verilməsi onlayn qaydada da həyata keçirilir.

Eyni zamanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, habelə daşınmaz əmlakın yüklülüyünə dair arayışın verilməsi zamanı daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi tələb olunduğundan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli, 4 nömrəli qərarının II bəndinə uyğun olaraq 20 manat xidmət haqqının ödənilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, xidmət haqlarının məbləği göstərilən xidmətin növünə görə dəyişir. Xidmət haqları eyni zamanda əmlakın sahəsinə, ölçüsünə, torpaq sahəsinin kateqoriyasına və digər parametrlərə görə fərqlənir. Bununla yanaşı, ərizəçilərin istəyindən asılı olaraq qeydiyyat orqanı tərəfindən göstərilən xidmətlər qanunla müəyyən edilmiş icra müddəti tezləşdirilməklə də yerinə yetirilə bilər. Göstərilən xidmətlər qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə) müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3 əmsalı; 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda isə 1,5 əmsalı tətbiq edilir.

Bundan başqa komitə tərəfindən istifadəyə verilən “Əmlak kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilərlər.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlər elektron üsulla da həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib