MƏDƏNİYYƏT


Daşkənddə IV Gənclər Teatr Forumunda ölkəmiz də təmsil olunur

Bakı, 1 dekabr, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə IV Gənclər Teatr Forumu işə başlayıb. Forum keçmiş sovet məkanı ölkələrini – hazırda MDB üzvü olan ölkələri, sovet məkanını otuz il əvvəl tərk edən və iyirmi ilə yaxındır Avropa Birliyində yer alan Baltikyanı ölkələr, həmçinin MDB-dən də faktiki olaraq çıxan, amma yenə postsovet sənət məkanına yaxın olan Gürcüstan və Ukraynanı əhatə edir.

AZƏRTAC xəbər verir ki, dekabrın 7-dək davam edəcək forumun məqsədi bu ölkələrin gənc teatr xadimləri – rejissorlar, dramaturqlar, teatr rəssamları, teatr tənqidçiləri və s. arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqdır.

Forumda Azərbaycandan da geniş nümayəndə heyəti iştirak edir. Forumun maarifləndirici proqramında ölkəmizi təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, ustad dərsləri və təqdimatlar təşkil olunacaq.

Akademik Milli Dram Teatrı Daşkənddəki IV Gənclər Teatr Forumunda repertuarından iki – “Manqurt” (Çingiz Aytmatov; rejissoru İzamə Babayeva) və “Bir, iki – bizimki!” (Kamal Abdulla; quruluşçu rejissoru Əlif Cahangirli) tamaşalarını da təqdim edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.