MƏDƏNİYYƏT


Daşkənddə “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabın təqdimatı olub

Daşkənd, 24 fevral, AZƏRTAC

Daşkənddəki Teymurilər Tarixi Dövlət Muzeyində Türküstan muxtariyyətinin 100 illiyi ilə əlaqədar elmi-praktik konfrans və tədbir çərçivəsində tarixçi alim Şuxrat Barlasın “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı tarixçi alim Anvar Nazir açaraq Türküstan muxtariyyətinin yaradılması, inkişafı, muxtariyyətin Özbəkistanın yeni tarixindəki siyasi addımları və süqutu haqqında məlumat verib.

Tarixçilər Erkin Racabov, Şuxrat Barlas və başqaları bildiriblər ki, Türküstan muxtariyyəti demokratiya, vətəndaşların hüquqlarının qorunması, tolerant dövlət qurmaq istiqamətində ciddi addımlar atıb, lakin sovet rejimi kütləvi soyqırımı və repressiyalar törədərək bu dövlət qurumunu məhv edib.

Bildirilib ki, bu yaxınlarda Daşkənddə özbək dilində çap edilən “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” kitabında da bu haqda müfəssəl məlumat verilir.

Ş.Barlas deyib: “İlk dəfə olaraq kitabda tarixi mənbələr və faktlarla sübut olunur ki, “Daşnaksütyun” partiyasının Türküstanda insanlığa qarşı törətdiyi dəhşətli cinayətlər nəticəsində ümumilikdə 1 milyon 700 mindən artıq özbək və digər türkdilli əhali məhv edilib”.

Xatırladırıq ki, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının əsasında Ermənistan adlı dövlətin yaradıldığı bildirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.