REGİONLAR


Daşkəsəndə leysan yağışları nəticəsində rayonun elektrik enerjisi infrastrukturuna ziyan dəyib

Bakı, 25 iyun, AZƏRTAC

Bu gecə Daşkəsəndəki leysan yağışları nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təmin edən 3 əsas xətdə problem yaranıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun elektrik enerjisi infrastrukturuna ziyan dəyib. Elektrik enerjisi verilişində əsas problemlər Daşkəsənin çayqırağı kəndlərində qeydə alınıb.

ASC-nin əməkdaşları, mal-material və texnika gecədən etibarən hadisə yerinə göndərilib. Onların səyi nəticəsində fəaliyyəti dayanmış 3 elektrik verilişi xətlərindən 2-nin işi artıq bərpa edilib. Əsas ziyan dəymiş kəndlərdən olan Xoşbulaq kəndinə elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq.

Qaraqullar kəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır. Təbii fəlakət nəticəsində həmin kəndə gedən yollar bağlandığı üçün mal-material və texnikanı əraziyə çatdırmada çətinliklər var. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yeni dayaqlar gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.