ELM VƏ TƏHSİL
“Data Science” verilənlər elminin tədrisində dünya təcrübəsi öyrənilır
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli verilənlərin -“Big Data” texnologiyasının problemləri üzrə elmi-tədqiqatlar davam edir. Hazırda bu texnologiyanın fəaliyyət sahəsi olan “Data Science”- verilənlər elminin tədrisində dünya təcrübəsi öyrənilır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən institutun böyük elmi işçisi Hicran Gözəlova “Data Science” elminin dünyada yüksək templə inkişaf edən bir sahəyə çevrildiyini bildirib. Bu istiqamətdə əsas problemləri diqqətə çatdıran H.Gözəlova “Data Science”in yaranma və inkişaf tarixindən bəhs edib. Azərbaycan təhsil sisteminin hazırkı inkişafı barədə məlumat verən Hicran Gözəlova bildirib ki, beynəlxalq təcrübəyə əsaslanaraq müxtəlif elm sahələrini əhatə edən “Data Science” fənninin respublikamızda da tədris planına daxil edilməsi müasir dövrün tələblərindəndir. Bu sahə ilə məşğul olmaq üçün yüksək ixtisaslı mütəxəssislərə ehtiyac var.