REGİONLAR
“Davamlı inkişaf hədəfləri” birinci beynəlxalq yay məktəbində Strateji Yol Xəritəsinə dair mühazirə dinlənilib
Gəncə, 19 iyul, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində 11 ölkədən 34 tələbənin iştirakı ilə təşkil edilən “Davamlı inkişaf hədəfləri” birinci beynəlxalq yay məktəbində növbəti mühazirə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihələr departamentinin rəhbəri Rəşad Hüseynovun mühazirəsində Strateji Yol Xəritəsinin strukturu, strateji baxışlar, hədəf indikatorları, strateji məqsədlər və hədəflər, onların icra vəziyyətinə dair geniş məlumat verib.
Maraqla qarşılanan mühazirədə iştirakçılar Strateji Yol Xəritəsi ilə yanaşı, ölkəmizdə aqrar sahənin inkişafının müasir səviyyəsi, bu sahəyə dövlət dəstəyi, prioritet istiqamətlər barədə zəruri informasiyalar əldə etdiklərini bildiriblər.