İDMAN


David Alaba “Bavariya”nın yeni müqavilə təklifini rədd edib

Bakı, 1 aprel, AZƏRTAC

Almaniyanın “Bavariya” futbol klubunun avstriyalı müdafiəçisi David Alaba klubu ilə yeni müqavilə imzalamaqla bağlı təklifi rədd edib.

AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, o, təklif olunan şərtlərlə razılaşmayıb.

Bildirilib ki, tərəflər koronavirus səbəbindən danışıqları 2-3 həftəlik təxirə salıblar. Əgər növbəti həftələrdə tərəflər razılığa gələ bilməsələr, David ən yaxın transfer pəncərəsi dövründə komandanı tərk edəcək.

Qeyd edək ki, D.Alabanın Münxen klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.