Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Davosa doğru – Bakı” Forumunda gənclər üçün yeni imkanların yaradılması məsələləri müzakirə olunub [YENİLƏNİB]

Bakı, 17 yanvar, Həsrət Mahmudova, AZƏRTAC

Yanvarın 17-də ADA Universitetində Davos Dünya İqtisadi Forumu çərçivəsində “Davosa doğru – Bakı” Forumu (“Shaping Davos – Baku”) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Gənclər Təşkilatları Milli Şurası və “Global Shapers Community Baku” tərəfindən keçirilən Forumun əsas mövzusu “Məşğulluq vasitəsilə yeni imkanların yaradılması”dır. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti və “Youth Inc” gənclərin sahibkarlıq proqramının dəstəyi ilə təşkil olunub.

Üç hissədən ibarət Forumun iştirakçıları əvvəlcə gənc sahibkarların biznes təşəbbüslərinə dair sərgi ilə tanış olublar.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, tədbir müasir dünyada gənclərin təhsili, iş imkanları, karyera inkişafı kimi məsələlərə həsr olunub. “Bu, çox aktual mövzudur. Universitetimiz bu mövzunu daim diqqətdə saxlayır, araşdırır. Bizim xüsusi karyera mərkəzimiz var, tələbələr üçün karyera inkişafı treninqləri keçirilir. İş bazarında imkanları araşdırıb gənclərə təqdim edirik”, - deyə F.İsmayılzadə vurğulayıb.

Bildirilib ki, bu günlərdə dünyanın ən mötəbər iqtisadi forumlarından olan Davos İqtisadi Forumu keçirilir. Orada dünyanın aparıcı iqtisadi qurumlarının nümayəndələri, dövlət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri iştirak edirlər. Onlar üçün gənclərin fikirlərini bilmək çox vacibdir. Burada aparılacaq müzakirələr nəticəsində səslənən tövsiyələr, fikirlər, problemlər, təkliflər iki gündən sonra Davos Forumunda canlı bağlantıda diqqətə çatdırılacaq və mövzu üzrə onlayn beynəlxalq panel sessiyası təşkil olunacaq.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev çıxışında bildirib ki, Azərbaycan Davos Dünya İqtisadi Forumu ilə yaxından əməkdaşlıq edir. İlk dəfə 1995-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycan nümayəndə heyəti ilə Davos Forumunda iştirak edib, ölkəmizin xarici investisiyalara açıq olduğunu bildirib. Sonralar Prezident İlham Əliyev dəfələrlə bu forumun işində iştirak edib, ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə tutduğu mövqeni diqqətə çatdırıb. Azərbaycan builki Davos Forumunda da təmsil olunur.

“Davosa doğru – Bakı” Forumunun maraqlı təşəbbüs olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, bu şəbəkə vasitəsilə dünyanın bir çox şəhərlərində fəaliyyət göstərən oxşar icmalarla əlaqə qura bilərik. Eyni zamanda, həmin icmalardakı biznes imkanlarından yararlanmaq da mümkündür. Bu proses daha da təkmilləşdirilməlidir. İnanıram ki, gələcəkdə bu prosesdə daha çox gənc iş adamlarımız iştirak edəcəklər. Onların yeni nəslin inkişafında böyük rolu olacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov da “Davosa doğru – Bakı” Forumunun önəmindən danışıb. O, bu təşəbbüsün gənclərin dünya liderləri ilə ünsiyyət qurmalarında rolundan bəhs edib.

Açılış çıxışlarından sonra “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” və “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” mövzularında panel sessiyalar keçirilib. Sessiyalarda dövlət qurumları, milli və transmilli şirkətlər, beynəlxalq təşkilatların nümayəndələri gənclərin işsizliyi ilə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadənin mövcud təcrübəsi, peşə təhsilli gənclərin marağını cəlb edən problemlər, gənclərin məşğulluğunun təmin olunması üçün peşə təhsilinin səmərəliliyi, qeyri-formal təhsilin gəncləri gələcək karyera üçün zəruri bacarıqlarla təmin etməsi, gənc sahibkarların üzləşdikləri problemlər, gənc sahibkarların Azərbaycan iqtisadiyyatında, eləcə də ölkədə gənclərin məşğulluğunun təmin olunmasında rolu, özəl sektor və hökumət müəssisələrinin gənclərin sahibkarlıq fəaliyyətinə dəstəyi mövzularında müzakirələr aparıblar.

Sonra gənc sahibkarların startaplarının videoçarxları nümayiş etdirilib.

1970-ci illərdə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan ibarət olan Davos İqtisadi Forumu hazırda 2500 iştirakçını əhatə edən iri platformaya çevrilib. Hər il Forumun illik görüşü İsveçrənin Davos şəhərində keçirilir. Artıq bir neçə ildir ki, Forum zamanı əsas fəaliyyətlərdən biri kimi “Shaping Davos” layihəsi reallaşdırılır. “Shaping Davos” dünya əhalisinin Davos İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün vasitədir. “Shaping Davos” Dünya Forumunun gənclər platforması olan “Global Shapers” tərəfindən icra olunur. 2017-ci ildə dünyada cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanıb ki, onların arasında Bakı da var.

“Davosa doğru – Bakı” Forumunun nəticələri yanvarın 19-da onlayn bağlantı ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə beynəlxalq panel iclası təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir