CƏMİYYƏT


Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Veteranlar Şurasının yeni inzibati mərkəzi istifadəyə verilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Veteranlar Şurasının yeni inzibati mərkəzinin açılışı olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsinin, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin rəhbərliyi və Veteranlar Şurasının üzvləri yeni istifadəyə verilən mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Tədbirdə çıxış edən Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Rövşən Eyyubov ölkə rəhbərliyinin veteranlara daim xüsusi diqqət və qayğı ilə yanaşdığını, bütün ərazi polis orqanlarının nəzdində veteranlar şuralarının fəaliyyət göstərdiyini bildirib, cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında keçmiş paqondaşlarının əməyinin danılmaz olduğunu vurğulayıblar.

Qeyd edilib ki, bir müddət əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə bu qurumda da Veteranlar Şurası təsis edilib. Onların fəaliyyət göstərmələri üçün müvafiq yer ayrılması barədə baş idarə rəhbərliyinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciəti də müsbət həll olunub. Bakı Dəmir Yolu Vağzalında polis veteranları üçün ayrılmış mərkəz nazirliyin aidiyyəti qurumları və Nəqliyyatda Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən ən müasir standartlara cavab verən bütün lazımi avadanlıqlarla, texniki vasitələrlə və qurğularla təchiz edilib.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin (DYNPİ) rəisi, polis polkovniki Yaşar Nuriyev, Nəqliyyatda Baş Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovnik-leytenantı Yalçın Qarayev, DYNPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Nizami Qarayev çıxış edərək polis veteranlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Nəqliyyatda Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri Tunc İsmayıl veteranlar adından çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.