CƏMİYYƏT


“Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi” davam edir

Bakı, 3 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin Qazax rayonunda təşkil etdiyi “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi” davam edir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, düşərgənin əsas məqsədi “Dayanıqlı İnkişaf Məqsədləri” (DİM) konsepsiyası ətrafında region gənclərinin iştirakçılığını artırmaq, düşərgə iştirakçılarını qlobal müzakirələrə cəlb edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə verməkdir.

“Gənclər düşərgəsi”ndə ilk gün çox məhsuldar başlayıb.

İştirakçılarla ilkin təqdimat, tanışlıq oyunları və digər fəaliyyətlər uğurla yekunlaşıb.

Düşərgənin ikinci gününün proqramı da çox intensiv fəaliyyətlərlə yadda qalıb. “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim proqramı həyata keçirilib.

Təlim boyunca komandalar hər DİM məqsədi üzrə araşdırmalar edərək təqdimatlar vasitəsilə məqsədlər üzrə həll təkliflərini irəli sürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.