CƏMİYYƏT


Dələduzluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Bakı, 17 sentyabr, AZƏRTAC 

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini olan üç nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldatma yolu ilə onlardan ümumilikdə 230 manat pul aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib.

Dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elton Əliyev 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.