CƏMİYYƏT


Dələduzluqda şübhəli bilinən Yevlax rayon sakini yaxalanıb

Bakı, 18 sentyabr, AZƏRTAC 

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon sakini K.Məmmədovanın 50 manatını və qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini F.Abdullazadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş tədbirlərlə onun həmyerlisi olan bir qadınla birgə rayon ərazisindəki evlərin birindən 500 manat, 5300 ABŞ dolları və 13 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.