İQTİSADİYYAT
“DəmirBank” KFC restoranlar şəbəkəsi ilə birlikdə aksiya həyata keçirir
Bakı, 24 avqust, AZƏRTAC
“DəmirBank” KFC restoranlar şəbəkəsi ilə birlikdə aksiya həyata keçirir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “DəmirBank”ın istənilən plastik kartları ilə KFC restoranlarında ödəniş etdikdə "kiçik fri kartof" hədiyyə qazanmaq mümkündür. Aksiya 6 KFC restoranında keçərlidir – 28 May, 28 Mall, İnşaatçılar, Park Bulvar, Həzi Aslanov, Fəvvarələr meydanı.
“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişini həyata keçirmək mümkündür. Müştəri istədiyi zaman ATM və bank filialları vasitəsilə kartdan vəsaiti nağd şəklində çıxara, eyni zamanda müxtəlif onlayn ödənişlərini həyata keçirə bilər.
Qeyd edək ki, müştərilər “DəmirBank”ın istənilən filialına müraciət edərək plastik kart sifariş edə bilərlər. Plastik kartların sifarişini bankın saytından da etmək mümkündür.
Ətraflı məlumatı bankın məlumat mərkəzindən : (012) 149 http://www.demirbank.az/?/az/ və www.facebook.com/demirbank.az səhifələrindən əldə etmək olar.