İQTİSADİYYAT
“DəmirBank” müştərilərə mobil danışıq dəqiqələri qazandıran MobilKart təqdim etmişdir
Bakı, 4 aprel (AZƏRTAC). “DəmirBank” müştərilərə mobil danışıq dəqiqələri qazandıran “MobilKart” plastik kartlarını təqdim etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, “MobilKart” ilə əməliyyat aparan müştərilərin mobil telefon nömrələrinə kartla dövriyyənin 0,4 faizi həcmində danışıq dəqiqələri köçürülür. Bu kartdan Azərbaycanda istənilən mobil operatorun xidmətindən istifadə edən müştərilər yararlana bilərlər.
Hesablaşmalar hər ay aparılır və müştərinin istifadə etdiyi mobil telefon nömrəsinin balansına danışıq dəqiqələri köçürülür. “MobilKartın” qiyməti 15 manatdır.
“DəmirBank” plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS, internet və telefon-bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və digər xidmətlər göstərir. Bankın kart sahibləri “İl boyu endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilərlər.