İQTİSADİYYAT


“DəmirBank”: təhsil haqqını ödəmək üçün kredit

Bakı, 20 avqust (AZƏRTAC). Tələbələr üçün davamlı olaraq müxtəlif məhsul və xidmətlər təklif edən “DəmirBank” 2014-cü ildə Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlər üçün xüsusi aksiya hazırlayıb.

Bankdan AZƏRTAC-a bildirilib ki, “Təhsilli gənclər” adlanan aksiya çərçivəsində heç bir komissiya haqqı tutulmadan illik 20 faizlə kredit götürmək mümkündür. Aksiyanın şərtlərinə görə təhsil xərclərini ödəyəcək şəxslərə kredit maksimum 7 min manatadək, 12 aydan 36 ayadək müddətə verilir.

Aksiya sentyabrın 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.