İQTİSADİYYAT
Dəmir yolunun Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur
Bakı, 22 iyun, AZƏRTAC
Dəmir yolunun Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur.
"Azərbaycan Dəmir Yol¬ları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 22-dən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 kilometr uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün davam edəcək.
Əsaslı təmir işlərini 11 saylı “İxtisasl¬aşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Az¬ərbaycan Dəmir Yolla¬rının Yenidən Qurulm¬ası” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərba¬ycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmi¬yyəti ilə Çexiya Res¬publikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–¬texniki təchizatı və əsaslı təmiri” barə¬də İxrac Müqaviləsinə əlavə Saziş imzal¬anıb.
Qeyd edək ki, yeni layihənin icrasına 20¬15-ci ilin oktyabr ayının sonlarında baş¬lanılıb və bu günə kimi 526 kilometr dəmir yolu əsaslı təmir olunu¬b.