İQTİSADİYYAT


“Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 31-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında 0,12798 hektar torpaq sahəsində yerləşən (ü/s 1221,4 kvadratmetr) qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 170 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, həmçinin alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası).

Tel: 055-206-66-67

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.