SİYASƏT


“Dəniz kuboku” müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub

Bakı, 19 avqust, AZƏRTAC

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.

Hakimlər komissiyasının qərarına əsasən bu mərhələdə İran komandası 40 xalla birinci, Rusiya komandası 38 xalla ikinci, Azərbaycan və Qazaxıstan HDQ-nin komandaları isə 32 xalla üçüncü yerə layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.