REGİONLAR
Dənli paxlalı bitkilərin əkin sahələrindən 3 milyon tonadək məhsul götürülüb
Bakı, 23 noyabr, AZƏRTAC
Hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. Noyabrın 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrinin 98,7 faizi, yaxud 955,2 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 930,7 min ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz az məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan 30,7 sentner məhsul yığılıb.
Bundan əlavə, 32,9 min hektar qarğıdalı sahəsindən 249,8 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 76 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 180,5 min ton olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]