MƏDƏNİYYƏT


Deputat: Əhməd Cavad türk dünyasının böyük ədiblərindəndir VİDEO

Ankara, 6 may, AZƏRTAC

Əhməd Cavad türk dünyasının böyük ədiblərindən biridir. Ötən əsrin əvvəllərində Turançılıq ideologiyasının yaranmasında və yayılmasında böyük şairimizin əhəmiyyətli rolu olub.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Əziz Ələkbərli bildirib.

Türkiyənin paytaxtı Ankara şəhərindəki Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın heykəlinin ucaldılmasını tarixi hadisə kimi dəyərləndirən, böyük şairimizin zəngin, mənalı həyat və fəaliyyətindən bəhs edən deputat əminliklə ifadə edib ki, Əhməd Cavad şəxsiyyəti Azərbaycanda olduğu kimi Türkiyədə də hər zaman uca tutulacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd olunması haqqında Sərəncamına uyğun olaraq qardaş Türkiyədə də müxtəlif tədbirlər keçirilməkdədir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.