Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Brüssel görüşünün nəticəsi Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər

Deputat: Brüssel görüşünün nəticəsi Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər

Bakı, 23 may, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə sayca üçüncü üçtərəfli görüş keçirilib. Bu görüş beş saata qədər davam edib, kifayət qədər əhatəli müzakirələrlə yadda qalıb və bir çox prinsipial məsələlər üzrə razılıqlar əldə olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

O bildirib ki, danışıqlar prosesinin əhəmiyyətli məqamlarından birincisi danışıqların gedişatında və əldə edilmiş razılaşmalar prosesində heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsidir. Bu ifadənin qeyd olunmamasının çox böyük siyasi mənası və çəkisi var. Ermənistan əvvəllər “Dağlıq Qarabağ” ifadəsi işlədir və onun müstəqilliyindən bəhs edirdisə, indiki halda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və hüquq məsələləri müzakirə olunur. Azərbaycan dövləti dəfələrlə vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir və ermənilər də bütün digər etnoslar kimi eyni bərabər hüquqlara malikdirlər. Bu, bizim prinsipial mövqeyimizdir.

“Danışıqlar prosesində humanitar məsələlər də diqqət mərkəzində saxlanılıb. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi və itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər çox ciddi müzakirə olunub. Azərbaycan dövlətinin bu məsələlər ilə bağlı mövqeyi bəllidir və Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistan tərəfi minalarla bağlı xəritələr təqdim edib, ancaq onların dəqiqlik göstəricisi 25 faizə yaxındır. Bu məsələlərə də aydınlıq gətirilməlidir. Eyni zamanda, 4000-ə qədər soydaşımızın Birinci Qarabağ müharibəsində taleyi ilə bağlı Ermənistan tərəfi Azərbaycana açıqlama vermir, bu məsələyə aydınlıq gətirmir. Bu məsələlər də çox ciddi müzakirə predmetidir.

Təbii ki, danışıqlar prosesində ən çox müzakirə olunan məsələlərdən biri iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesin işlək vəziyyətə keçməsi ilə bağlıdır. Əvvəlki görüşlərdə bu istiqamətdə ilkin razılaşmalar əldə edilib. Budəfəki Brüssel görüşündə də əldə edilmiş razılığa görə yaxın zamanlarda hər iki ölkənin komissiyaları sərhəddə birgə görüş keçirəcək, sərhədlərin delimitasiyası və sabitliyin təmin olunması ilə bağlı mexanizmlərin müzakirəsi istiqamətində müəyyən qərarlar qəbul edəcəklər”, - deyə deputat vurğulayıb.

E.Nəsirov diqqətə çatdırıb ki, ən mühüm məsələlərdən biri də Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının bərpası və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məsələlərdir. Sayca üçüncü Brüssel görüşündə əldə edilmiş razılaşmalara görə bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək və konkret əməli addımların atılması ilə bağlı razılaşma əldə olunub.

Bu danışıqlar prosesində həm də iki ölkə arasında ümumi gömrük prinsiplərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb. Bütün bu prosesin məntiqi nəticəsi olaraq sülh müqaviləsinin imzalanması strateji hədəfdir. Tərəflər razılıq əldə ediblər ki, bundan sonra da aparılan intensiv danışıqlar prosesində həmin hədəfə nail olunması üçün daha ciddi addımlar atılacaq və böyük sülh sazişinin imzalanması üçün münbit şəraitin təmin edilməsi naminə proseslər daha da sürətləndiriləcək.

“Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərdə Avropa İttifaqının artan rolu diqqətdən yayınmır. Avropa İttifaqı öz üzərinə götürüb ki, sülh müqaviləsinin imzalanması və xüsusilə iki dövlət arasındakı etimad mühitinin formalaşması üçün rəsmi Brüssel əlindən gələn bütün imkanları səfərbər edərək bu istiqamətdə yardımını göstərəcək.

Bütün bunları nəzərə alaraq söyləmək olar ki, Brüssel görüşü Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan növbəti addımdır. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər”, - deyən Elman Nəsirov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Venesiya” şadlıq sarayında baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi açıqlanıb

Marmaris şəhərində “Kurtaran-2025” sualtı axtarış və xilasetmə təlimləri keçirilib

Binəqədi rayonunda silah-sursat aşkarlanıb

Vətənpərvərlik layihəsinə start verilib

“Sərhəd” hərbi-idman oyununun final mərhələsinin iştirakçıları müəyyənləşib

Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Məmmədova ilə görüş təşkil olunub

Dövlət Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Azərbaycan Türkmənistanda İƏT-ə üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumunda təmsil olunub

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib

Ailə və texnologiya: nəsillərarası ünsiyyətin yeni üfüqləri

Rumıniya xəbər agentliyi Azərbaycanın artan beynəlxalq nüfuzu barədə analitik yazı dərc edib

Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir

Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının yekunlarına dair birgə bəyannamə imzalanıb

ADU-da “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdu dillərində tərcümələrinin təqdimatı olub

Son iki ili əhatə edən iş elanlarının təhlili aparılıb

Bir sıra şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirir

Azərbaycan-İran iqtisadi əlaqələri: beynəlxalq təşkilatlar və ikitərəfli formatda inkişaf

Səmərqənddə keçirilən konfransda Azərbaycanın tolerantlığın təbliğində rolundan danışılıb

ŞKTC Prezidenti Azərbaycan alimlərini qəbul edib

Siyasi dialoq: qazanan kimdir? TƏHLİL

“Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib

İtaliyalı parlamentarilər “ASAN xidmət” barədə məlumatlandırılıb

Dmitri Peskov: Rusiya Prezidenti ilkin şərtlər olmadan Ukrayna ilə danışıqlara hazırdır

Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib

AMEA Naxçıvan bölməsində elmi konfrans keçirilib

Azərbaycanda may ayına olan hava proqnozu açıqlanıb

Gənc istedadlar Vyanada konsert proqramı ilə çıxış ediblər

Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində “Təlimçilər üçün təlim” proqramına start verilib

® “Trendyol” 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

Azərbaycan-İran münasibətləri yeni reallıqlar və strateji imkanlar yaradır ŞƏRH

Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb

Agentlik: 85 minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İKTA rəsmisi Beynəlxalq Telekommunikasiya İttifaqının forumunda iştirak edib

“Ümummilli Lider Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

Yerli probasiya qurumlarında ödənişsiz hüquqi yardımlar göstərilib

® “Qırmızı Ürəklər Fondu” 2025-ci ilin ilk rübü üzrə hesabatı açıqlayıb

Macarıstan çempionu olan azərbaycanlı voleybolçu: Şükürlər olsun ki, illərlə çəkdiyim əziyyət boşa getməyib - MÜSAHİBƏ

Qazaxıstanla Azərbaycan arasında tarix və mədəniyyət üzrə tərəfdaşlığın yeni dinamikası

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi güzəştli kreditlərin məbləği 6,5 dəfə artıb

Azərbaycanla İranın qarşılıqlı münasibətlərində yeni dövr başlanır – ŞƏRH

Ağdərənin Talış kəndində oftalmoloji səyyar müayinələr keçirilib

Birinci rübdə Azərbaycan Rusiya, Türkiyə və Gürcüstana 450 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub

UNEC ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

“Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlər yekunlaşıb

Azərbaycan Universitetinin tələbələri polşalı dosentdən mühazirə dinləyirlər

Türkiyəli politoloq: İran Prezidentinin Azərbaycana səfəri regional tərəfdaşlığa doğru atılan mühüm addımdır - ŞƏRH

Sumqayıt və bəzi qəsəbələrə suyun verilişi dayandırılacaq

İran Prezidentinin Azərbaycana səfərindən sonra münasibətlərin dərinləşməsi və inkişafı üçün yeni şərtlər formalaşıb – RƏY

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində “Açıq qapı” günü təşkil olunub

Bakıda Birinci Autizm Maarifləndirmə Forumu keçirilib

Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində nümayiş etdirilir

Saatlıda “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində tədbir keçirilib

Korporativ sosial məsuliyyət çərçivəsində sahibkarlar “Sabirabad Futbol Klubu”na dəstək veriblər

Psixoterapevt: Texnologiya uşaqların təxəyyülünün inkişafının qarşısını alır –  MÜSAHİBƏ  VİDEO

Psixoterapevt: Texnologiya uşaqların təxəyyülünün inkişafının qarşısını alır – MÜSAHİBƏ VİDEO

Məktəblilər 42-ci Balkan Riyaziyyat Olimpiadasında medal qazanıblar

Ceyhun Bayramov küveytli həmkarını Azərbaycanın humanitar minatəmizləmə fəaliyyəti barədə məlumatlandırıb

Məcnun Məmmədov: Bu, Ağalının timsalında işğaldan azad olunmuş ərazilərdə dövlət və fermerlərin birgə əməkdaşlığında ilk nümunədir

“Bakı Metropoliteni” və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Küveytin Vəliəhdi ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Suqovuşanda qızıl medal qazanan avarçəkən: Hədəfim Olimpiya Oyunlarında iştirak etməkdir

® “ABB mobile” tətbiqi daha da etibarlı olub

Harvard Universiteti kampuslarında antisemitizm və islamofobiya hallarına görə üzr istəyib

Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Təbiətə 108 min manatdan çox ziyan vurulması ilə bağlı cinayət işi açılıb

XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olunub

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə Aqrar Biznes Festivalı keçirilib VİDEO

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə Aqrar Biznes Festivalı keçirilib VİDEO

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

BMU-da deputatlar tələbələr ilə görüşüb

Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı olub

Britaniya Yəməndə husilərə hava zərbələri endirib

Baş prokuror Çində səfərdə olmuş nümayəndə heyəti ilə görüşüb

BDU Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti ilə anlaşma memorandumu imzalayıb

DİM: May, iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar saat 10:00-da başlanacaq

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı təşkil edilib

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

Azərbaycan İran ilə qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir ŞƏRH

İspaniyada genişmiqyaslı elektrik enerjisi kəsintisi ölkə iqtisadiyyatına milyardlarla avro zərər verib

“Yuventus” bu mövsüm meydana çıxmayan futbolçusu ilə müqaviləni yeniləyib

“Apple” kompaniyası Hindistanda “iPhone” zavodu açıb

Media: İlon Mask Ağ evdəki iş yerində az-az görünməyə başlayıb

Çin özəl sektorun təşviqi üzrə ilk qanunu qəbul edib

Azərbaycan avarçəkənləri “Prezident Kuboku”na 3 medalla başlayıblar

Azərbaycan cüdoçusu zədələndiyi üçün dünya çempionatında iştirak etməyəcək

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Çin millisinin sabiq baş məşqçisinə 20 illik həbs cəzası verilib

Xocəsəndə həssas təbəqədən olan 167 nəfər oftalmoloji müayinədən keçib

Türkiyənin turizm gəliri artıb

Laçında oftalmoloji aksiya keçiriləcək

Ağdama Böyük Qayıdış: Daha 35 ailə doğma yurduna qovuşub - YENİLƏNİB VİDEO

Ağdama Böyük Qayıdış: Daha 35 ailə doğma yurduna qovuşub - YENİLƏNİB VİDEO

Yardımlıda çörək istehsalı müəssisəsində normativ tələblərin pozulduğu aşkarlanıb

Fərid Qayıbov: İştirakçı sayından da bilinir ki, reqataya maraq ildən-ilə artır

Azərbaycan və İran münasibətlərində yeni dövr: Diplomatik istiqamətlər və regional güc balansı - ŞƏRH

Fərid Mansurov: Tarixi torpaqlarmızda idman yarışlarının keçirilməsi sevindirici haldır

Madaqaskar Fransadan “Səpələnmiş adalar”ı qaytarmağı tələb edir

Formula 1 pilotunun dəbilqəsi hərracda rekord qiymətə satılıb