SİYASƏT


Deputat: Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur

Deputat: Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu qəbuledilməzdir. Hadisənin səbəbləri obyektiv şəkildə araşdırılmalı və bu cinayəti törədən, onun sifarişçiləri layiqli cəzalarını almalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin də artıq hadisəyə münasibət bildirdiyini xatırladan S.Fətəliyeva deyib ki, diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbulolunmazdır. Rəsmi Tehran Azərbaycan səfirliyinin mühafizəsinin təşkil olunmasına laqeyd yanaşıb. Buna görə də, baş verən terror aktına görə İran dövləti məsuliyyət daşıyır.

Son zamanlar İranın ölkəmizə qarşı mövqeyinin ortada olduğunu qeyd edən deputat deyib: “Öz ərazilərini erməni işğalından azad edən Azərbaycan həm regionda, həm də dünyada mövqelərini gücləndirib. Eyni zamanda, dövlətimiz regionda sülh və əməkdaşlıq müstəvisində önəmli təşəbbüslərlə çıxış edir. Bütün bunlar rəsmi Tehranı narahat edir. İran hakimiyyətinin bir müddətdir ki, ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibəti də buradan qaynaqlanır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur”.

Sevinc Fətəliyevanın fikrincə, Tehran polisinin cinayətin məişət zəminində baş verməsinə dair açıqlaması tamamilə əsassızdır: “Bu açıqlama cinayətin dəqiq səbəblərini gizlətməyə xidmət edir. Artıq terror hücumunun videogörüntüləri də yayılıb. Hadisə obyektiv araşdırılmalı və bütün cinayətkarlar layiqli cəzalarını almalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.