Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Deputat: Türkiyənin güclənən mövqeyi bəzi dövlətlər tərəfindən böyük qısqanclıqla qarşılanır

Deputat: Türkiyənin güclənən mövqeyi bəzi dövlətlər tərəfindən böyük qısqanclıqla qarşılanır

Bakı, 27 aprel, AZƏRTAC

ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında “erməni soyqırımı” ifadəsini dilə gətirməsi illərdir rəsmi Bakının ən yüksək tribunalardan bəyan etdiyi bu həqiqəti bir daha təsdiqlədi - ikili standartlar fonunda maraqlar beynəlxalq hüququ üstələyir. Dünyanın nüfuzlu dövlətlərindən, ən əsası, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ABŞ-ın bu addımı dünyanın erməni sevgisinə bir daha işıq saldı. Tarixin saxtalaşdırılmasına dəstək vermək, bilərəkdən həqiqətləri inkar edib işğalçı, təcavüzkar, faşizm siyasəti həyata keçirən bir dövlətin yanında olmaq bir çox məqamların açıqlanmasına yardım edir. Bu addım tarixə müraciət edərək, ABŞ-ın Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kamboca və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirməsini ona xatırlatmağı bir tələbə çevirdi. Deməli, ABŞ Prezidentinin ermənilərə dəstək missiyasını yerinə yetirməsi ölkəsinin Ermənistanla siyasətlərində oxşar məqamların olmasının təsdiqidir. Amma Co Bayden belə bir bəyanatı səsləndirərkən unutmamalı idi ki, tarixi saxtalaşdırmaqla həqiqətləri ört-basdır etmək qeyri-mümkündür. 106 ilin yalanlarını həqiqət kimi qəbul edib, 30 il bundan öncə Xocalıda törədilən soyqırımına etinasız yanaşmaq, bunun ardınca 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Gəncədə, Bərdədə, Tərtərdə törədilən terror aktlarına göz yummaq dünya dövlətlərinin, beynəlxalq təşkilatların ədalət meyarını hansı mexanizm əsasında müəyyənləşdirdiklərini ortaya qoydu. 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

M.Həsənov qeyd edib ki, 106 ildir dünyadan ədalətli yanaşma gözləyən qondarma “erməni soyqırımı” məsələsinə erməni yalanları fonundan dəyərləndirmə ABŞ-ın mövqeyinə inamsızlıq yaratmaqla yanaşı, Türkiyə ilə münasibətlərində də gərginlik yaradacaq. “Diqqətçəkən məqam odur ki, ABŞ-a bu saxtalaşdırmasına görə dəstək verən dövlətlərdən biri Fransadır. Fransa güclü erməni diasporuna malik ölkələrdən olmaqla yanaşı, erməni sevgisini hər addımda qabarıq şəkildə büruzə verir. O da məlumdur ki, Fransa qondarma “erməni soyqırımı”nı tanımaqla kifayətlənməyib, ölkə Senatı bu “soyqırımı” tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı qanun layihəsini də müzakirəyə çıxarmışdı. Fransa ilə Ermənistan soyqırımlar törətməkdə bir-birinə oxşardırlar. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Ermənistan da son yüz ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Görünür, onları birləşdirən ümumi dəyər məhz bu cəhətləridir”, - deyə deputat qeyd edib.

O bildirib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Qeyd edilib ki, bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar. Türkiyə XİN Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibətində bildirir ki, tarixi prosesləri mühakimə etmək üçün hüquqi, mənəvi səlahiyyəti olmayan ABŞ Prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur.

“Bu gün Türkiyənin güclənən mövqeyi bəzi dövlətlər tərəfindən böyük qısqanclıqla qarşılanır”, - M.Həsənov diqqəti qondarma “erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa İttifaqına üzv qəbul olunmasına maneə törətmək üçün bir vasitə kimi bəhrələnmələrə yönəltdi. Amma həmin dövlətlər unudurlar ki, bu əsassız iddia Türkiyə kimi qüdrətli ölkəyə təsir vasitəsi ola bilməz. Bu fikir rəsmi Bakı tərəfindən də daim bəyan edilir ki, Türkiyə kimi güclü, demokratik dəyərlərə böyük hörmətlə yanaşan və bu prinsipləri yüksək səviyyədə qoruyan dövlətin Avropa İttifaqında təmsil olunması qurum üçün böyük şərəf olar.

Daim bir-birinin yanında olan Azərbaycan və Türkiyə birgə səyləri ilə bu yalana da son qoyacaq, tarixin saxtalaşdırılmasının mümkünsüzlüyünü, gec-tez həqiqətin yalan üzərində qələbə qazandığını dünyaya sübut edəcək.

“Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır. Co Baydenin bəyanatından sonra dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bu qərarın yanlış olduğunu bildirərək, onu tarixi səhv adlandırması, Milli Məclisin sədri Sahibə Qafarovanın türkiyəli həmkarı ilə telefon danışığında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirməsi, Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən partiyaların bəyanatla çıxış edərək xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləmələri Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə mövqeyini ifadə edir. Atılan bu addımdan zərər görən təbii ki, ABŞ olacaq. 1992-ci ildə ermənilərin və erməni diasporunun təşəbbüsləri, ən əsası, yalanları nəticəsində ABŞ Konqresi Azərbaycana qarşı “Azadlığa Dəstək Aktı”na ədalətsiz “907-ci düzəliş”i qəbul etmişdir. Bu qərarın qəbulundan 9 il sonra ABŞ hökuməti onun ədalətsiz qərar olduğunu təsdiqlədi və fəaliyyətinin birillik dondurulması ilə bağlı qərar qəbul etdi. Baxmayaraq ki, qərarın birdəfəlik ləğvi hələ də həllini gözləyir, amma hər il onun yenidən təsdiqlənməsi həyata keçirilir, fəaliyyəti dondurulur. Qardaş Türkiyəyə qarşı da irəli sürülən “erməni soyqırımı” iddiasının əsassızlığının, siyasi məqsəd daşıdığının etiraf ediləcəyi zaman uzaqda deyil. ABŞ kimi güclərin saxta bəyanatları tarixi təhrif etmək, həqiqətləri ört-basdır etmək imkanında deyil. Bütün tarixi sənədlər təsdiqləyir ki, “erməni soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur”, - deyə Malik Həsənov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib