ELM VƏ TƏHSİL


“Dərs vaxtı” tətil günlərində də davam edir

Bakı, 22 oktyabr, AZƏRTAC

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı tətil günlərində də davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dərslər həm ötən il, həm də bu il öyrənilən biliklərin möhkəmləndirilməsinə və genişləndirməsinə xidmət edir. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənmə dəstəklənir.

“Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə böyük yardımçıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.