ELM VƏ TƏHSİL


“Dərs vaxtı”nın mayın 26-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşib

Bakı, 25 may, AZƏRTAC 

“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 26-sı üçün nəzərdə tutulan cədvəli müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "YouTube" (https://www.youtube.com/playlist) kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, eyni zamanda, "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Qeyd edək ki, martın 11-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına başlanıb. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.