CƏMİYYƏT


Dərzi və xalçaçılıq üzrə yeni peşə kurslarına başlanılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə dərzi və xalçaçı peşəsi üzrə hazırlıq kurslarına start verilib.

Dövlət Məşğulluq Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 38 müdavimin cəlb olunduğu kurslar Bakıda və Masallıda təşkil olunub.

3 ay davam edəcək kurs zamanı peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.

Kurs müddətində müdavimlər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlar rəsmi dövlət sertifikatı təqdim edilməklə müvafiq sahədə işlə təmin olunacaqlar.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.