CƏMİYYƏT
Diabet xəstəsi olan hamilə qadınların uşaqları piylənmədən daha çox əziyyət çəkirlər
Bakı, 28 iyul, G.Məlikova, AZƏRTAC
Böyük Britaniya alimlərinin apardığı tədqiqatlar nəticəsində hamiləlik zamanı şəkərli diabeti olan qadınların dünyaya gətirdiyi uşaqların digərlərinə nisbətən piylənmədən daha çox əziyyət çəkdikləri müəyyən edilib.
AZƏRTAC Vista News saytına istinadla xəbər verir ki, tədqiqatlarda iki qrup hamilə qadın iştirak edib. Belə ki, birinci qrupda hamiləlik zamanı şəkərli diabetdən əziyyət çəkən qadınlar, ikinci qrupda isə sağlam qadınlar iştirak ediblər. Hamiləlik zamanı hər iki qrupun uşaqlarında piylənmə fərqi müşahidə olunmayıb. Dünyaya gəldikdən bir neçə ay sonra isə birinci qrupun körpələrinin bədənində digərlərinə nisbətən yağ miqdarının artması müşahidə edilib.
Araşdırmalar yeni doğulmuş 86 körpə üzərində aparılıb.