ELM VƏ TƏHSİL


Diaqnostik qiymətləndirmədə 13 min 100 şagird iştirak edib

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən II-IX siniflər üzrə keçirilən ikigünlük diaqnostik qiymətləndirmə başa çatıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrində aparılan diaqnostik qiymətləndirmədə 13 min 100 şagird iştirak edib.

Şagirdlərə ibtidai siniflər üzrə 20, V siniflər üzrə 30, VI siniflər üzrə 40, VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim olunub.

Riyaziyyat, xarici dil və tədris dili üzrə ibtidai siniflər 40, V siniflər 60, VI siniflər 80, VII siniflər 90, VIII-IX siniflər isə 120 dəqiqə vaxt ərzində sualları cavablandırıblar.

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.