Diasporla İş üzrə Dövlət Komitəsi Sorbon Universitetində görüş keçirmişdir
AzerTAg.az
Paris, 25 oktyabr (AZƏRTAC). Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər etmişdir. Səfərdə məqsəd bu ölkənin müxtəlif ictimai-siaysi qurumları ilə əmədaşlıq prespektivlərini müzakirə etmək olmuşdur.
Oktyabrın 24-də Azərbaycan nümayəndə heyətinin məşhur Sorbon Universitetində bu qədim təhsil ocağının professorları Jan-Antuan Duprat və Mişel Carmona ilə görüşü keçirilmişdir.
Gorüşü açan komitə sədri Azərbaycanla Fransa arasında mövcud əməkdaşlığa toxunmuş, ölkəmizin Avropanın bu aparıcı dövləti ilə hərtərəfli əlaqələri inkişaf etdirməyə xüsusi önəm verdiyini diqqətə çəkmiş, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulamış, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrildiyini, iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ölkədə böyük quruculuq işləri aparıldığını qeyd etmişdir.
Prezident Administrasiyasının əməkdaşı Fazil Zeynalov Azərbaycanın müstəqillik qazandığı 20 il ərzində əldə etdiyi uğurlardan bəhs etmiş, dünyanın tanınmış siyasətçisi və təcrübəli dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat vermiş, Prezident İlham Əliyevin ümummilli liderin siyasətini uğurla davam etdirməsi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasından, ölkəmizin Avropa dəyərlərinə inteqrasiya etməsində maraqlı olmasından söhbət açmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Zeynalov Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd etmiş, dünya birliyini bu təcavüzə hüquqi qiymət verməyə çağırmış, Fransa kimi bir dövlətdə Ermənistanın təcavüzkarlığına dair informasiya çatışmazlığını, bu barədə məlumatların dezinformasiya olunduğunu, fransızlara real hadisənin əks təbliğ edildiyini təəssüf hissi ilə bildirmişdir.
Sorbon Universitetinin professorları Jan-Antuan Duprat və Mişel Carmona iki ölkə arasında əməkdaşlğın möhkəmləndirilməsi istiqamətində belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış, son illər Azərbaycan haqqında az məlumatı olan fransızlara bu ölkəni tanıtmaq istiqamətində fəal təbliğat aparıldığını diqqətə çəkmiş, Sorbon Universitetinin dünyanın bir çöx tanınmış universitetləri ilə təhsil və elmi axtarışlar sahəsində əməkdaşlıq etdiyini xatırlatmış, Azərbaycanla əməkdaşlıq qurulmasına xüsusi önəm verdiklərini bildirmişlər.
Görüşün sonunda tərəflər birgə əməkdaşlıq barədə niyyət protokolunun imzalanması barədə ümumi razılığa gəlmişlər. Görüşdə Sorbon Universiteti ilə Azərbaycanın bir çox universiteti, tədqiqat mərkəzləri və qeyri-hokumət təşkilatları ilə müəyyən əməkdaşlıq formalarının araşdırlaması, Azərbaycan həqiqətlərinin fransız ictimaiyyətinə olduğu kimi çatdırılması, ölkəmizlə bağlı sanballı kitabların fransız dilində yazılaraq Fransada çap edilməsi ətrafında da fikir mübadiləsi aparılmıdşır.
Görüşdə Heydər Əliyev Fondunun Rusiyada təmsilçisi Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR-un, Prezident Administrasiyasının, strateji araşdırmalar mərkəzinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Xəbərin mətnində orfoqrafik səhv var