SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsi ilə İsveçrənin "Swiss Abroad" və "Soliswiss" təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bern, 5 oktyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oktyabrın 4-5-də İsveçrəyə səfəri çərçivəsində bu ölkədə bir sıra görüşlər keçirib.

AZƏRTAC ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyinə istinadla xəbər verir ki, səfərin ilk günü Komitə sədri səfirlikdə olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, xarici ölkələrdə yaşayan isveçrəlilərin problemlərinin öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərən "Swiss Abroad" təşkilatının direktoru Sara Mastantuni və "Soliswiss" təşkilatının icraçı direktoru Riçard Föqeli ilə görüşüb. Görüşdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycanda diaspora siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğu bildirilib. Söhbətlər zamanı, həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.