İDMAN
Dieqo Qodin UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, bu “Atletiko Madrid” klubunun uruqvaylı müdafiəçisi Dieqo Qodindir. O, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində ən yaxşı futbolçu seçilib.
Otuz üç yaşlı futbolçu səkkizdəbir final mərhələsində İtaliyanın “Yuventus” klubu ilə ilk matçda bir qol vurub və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, qarşılaşma “Atletiko”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü martın 12-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]