MƏDƏNİYYƏT
“Digitalart-lab” layihəsi çərçivəsində “Rəqəmsal karikatura sənəti” mövzusunda ustad dərsi keçiriləcək
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner və illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutacaq.
AZƏRTAC xəbər verir ki, ustad dərsi rəqəmsal karikatura sənətinin inkişaf tendensiyaları, bu sahədə istifadə edilən müasir alətlər və metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.
Ölkənin mədəni həyatında özünəməxsus yeri olan, milli ənənələrə söykənən Azərbaycan karikatura sənətinin müasir inkişafı yeni tendenisyalardan da yan keçmir. Belə ki, digital incəsənətin bir növü olan rəqəmsal karikatura sənəti rəssam və dizaynerlərin yaradıcılığında yeni yanaşmaların təsiri ilə inkişaf edir.
Ustad dərsinin bu gün “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi nəzərdə tutulur. Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2024 [18:43]
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
- 09.09.2024 [18:19]
Əməkdar rəssam ABŞ-da “Yaz təranələri” əsəri ilə Azərbaycanı təmsil edir
- 09.09.2024 [16:12]
Rəşad Məcidin 60 illiyinə həsr edilmiş kitab çap olunub
- 09.09.2024 [15:17]
Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir
- 09.09.2024 [14:39]
“Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
- 09.09.2024 [13:48]
Beynəlxalq Muğam Mərkəzində İnarə Babayevanın solo konserti olacaq
- 09.09.2024 [12:42]
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
- 09.09.2024 [12:21]