“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib
AzerTAg.az
Bakı, 14 fevral, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dizayner rəssam Hüseyn Rzayev ilə “Digitalart-lab” layihəsi iştirakçılarının onlayn görüşü baş tutub.
AZƏRTAC xəbər verir ki, görüşdə rəqəmsal incəsənət sahəsi üzrə mütəxəssis Hüseyn Rzayev “Personaj dizaynı” mövzusunda layihənin iştirakçılarına məlumat verib və öz təcrübələrini bölüşüb. Ustad dərsin praktiki hissəsində rəssam layihə iştirakçılarına personaj dizaynı sahəsini mərhələli şəkildə izah edib və onlayn şəkildə vacib məqamları göstərib.
Görüşün sonunda praktiki hissə qiymətləndirilib, rəqəmsal incəsənətin hazırkı inkişafı, rəssamların bu sahədə qarşılaşdığı problemlər və iştirakçıların sualları ətrafında müzakirələr aparılıb.


Xəbərin mətnində orfoqrafik səhv var