ELM VƏ TƏHSİL


Dilçilik İnstitutunda Vahidə Cəfərzadənin 70 illik yubileyi qeyd edilib

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Vahidə Cəfərzadənin 70 illik yubileyi qeyd edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri elmi müəssisənin baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli açaraq görkəmli alimin Azərbaycan dilçilik elminin inkişafında xidmətlərindən, şərəfli ömür yolundan, zəngin elmi irsindən danışıb. Bildirib ki, Vahidə Cəfərzadə dilçilik elmini zənginləşdirən, ona dəyərli töhfə verən alimlərdən biridir. O, Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində və tarixinin tədqiqində böyük xidmətlər göstərib. Onun

transfoneliterasiya etdiyi Mustafa Zəririn “Fütuhüş-Şam” əsəri Azərbaycan ədəbiyyatı və dilinin tarixinə böyük bir töhfədir.

Tədbirdə professorlar İsmayıl Məmmədli, İsmayıl Kazımov, Sayalı Sadıqova, institutun icraçı direktor dosent Baba Məhərrəmli, dosent Reyhan Mədətova və başqaları yubilyarı təbrik edib, ona uğurlar arzulayıblar.

Bildirilib ki, Vahidə Cəfərzadə 1996-cı ildə “XIX əsr aşıq üslubunda yazılmış Azərbaycan poeziyasının leksikası” adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildən 2000-ci ilə qədər Xəzər Universitetində Azərbaycan dili müəllimi işləyib. 2000-ci ildən isə Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsində çalışır.

Tədbirdə Vahidə Cəfərzadəyə 70 illik yubileyi münasibətilə fəxri fərman təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.