ELM VƏ TƏHSİL


Dillər Universitetinin tələbəsi beynəlxalq layihədə iştirak edib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsinin ikinci kurs tələbəsi Xəyal Məhərrəmli “Erasmus+” proqramı çərçivəsində Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Stop Think Act” adlı layihədə iştirak edib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətini izah etmək, yol hərəkəti təhlükəsizliyinə riayət etmək üçün tədbirlər və fəaliyyət planı hazırlamaqdan ibarət olub.

Müxtəlif ölkələrdən layihəyə qatılan gənclərlə birgə komandada çalışmaq, əyləncəli oyunlar təşkil etmək, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq iştirakçıların ünsiyyət bacarığının artmasına və yeni sosial mühit qazanmasına şərait yaradıb.

Layihə çərçivəsində fərqli ölkələrin mədəniyyət gecələri də təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.