CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək
Bakı, 12 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Salyan rayonundan olan vətəndaşları qəbul edəcək. Qəbul fevralın 18-də saat 10:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Həmin tarixdə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının inzibati binasında saat 11:00-da vətəndaşların müraciətlərini dinləyəcək.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov fevralın 13-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində saat 15:00-da rayon sakinlərini qəbul edəcək.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı isə fevralın 20-də saat 11:00-da Şirvan şəhər Gənclər Evində şəhər sakinləri ilə görüşəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan Komitənin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. Telefon: (070) 220-00-20, 021 215 21 30. Elektron poçt ünvanları: [email protected], [email protected], [email protected].