REGİONLAR


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib VİDEO

Beyləqan, 24 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq, sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beyləqan, sədrin birinci müavini Səyyad Salahlı Saatlı, sədr müavini Gündüz İsmayılov isə Sabirabad rayonunda vətəndaşları qəbul ediblər. Qəbuldan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılan abidəsini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan, Xocavənd, Saatlı, İmişli və Sabirabad rayonlarının sakinlərinin iştirak etdiyi qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qəbula gələn vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.