REGİONLAR


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib VİDEO

Siyəzən, 22 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 22-də Siyəzən şəhərində şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib.

Qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edib.

Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ünvanlayıblar.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Bir sıra müraciətlər yerindəcə həll edilib.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə müvafiq qurumlara müraciət etmələri tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.