CƏMİYYƏT
“Dirçəliş. Başlanğıc” nəşri "İrs" seriyasından Azərbaycanın maddi mədəniyyətinə, tarixinə, Qarabağa həsr olunan 21-ci kitabdır

Bakı, 9 iyun, AZƏRTAC
Bizim "İrs" seriyasından olan növbəti kitabımız təqdim olunur. “Dirçəliş. Başlanğıc” kitabı Azərbaycanın maddi mədəniyyətinə, tarixinə, Qarabağa həsr olunan sayca 21-ci kitabdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “İRS” jurnalının və “Dirçəliş. Başlanğıc” kitabının baş redaktoru Musa Mərcanlı söyləyib.
"Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq işləri kitabda öz əksini tapır. Kitab üçün xüsusi xəritə işlənilib ki, burada bütün proseslərin aparılma mexanizmi və onların mərhələləri göstərilir. Kitab Azərbaycan, rus və ingilis dilində nəşr olunduğundan ölkə xaricindən kənarda da Qarabağda baş verən proseslərə işıq salır", - deyə o qeyd edib.