REGİONLAR


Diri çəkidə ət istehsalı 3,1 faiz artıb

Bakı, 17 noyabr, AZƏRTAC 

Bu ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 443,2 min ton, süd istehsalı 1,7 faiz artaraq 1 milyon 781,7 min ton, yumurta istehsalı 5,5 faiz artaraq 1 milyard 616,3 milyon ədəd, yun istehsalı 0,2 faiz artaraq 15,9 min ton olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 0,2 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.