İQTİSADİYYAT
Dizel yanacağının istehsalı 4,9 faiz artıb
Bakı, 15 iyul, AZƏRTAC
Yarım ildə Azərbaycanda 1 milyon 119,2 min ton dizel yanacağı, 611,5 min ton avtomobil benzini, 138,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 251,5 min ton ağ neft, 39,2 min ton yanacaq mazutu, 12,8 min ton sürtkü yağları, 135,9 min ton neft bitumu və 111,4 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 556 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,8 faiz artıb.
Neft məhsullarından neft bitumunun istehsalı 38,7 faiz, sürtkü yağlarının istehsalı 33,3 faiz, dizel yanacağının istehsalı 4,9 faiz, avtomobil benzininin istehsalı 0,7 faiz artıb. Neft koksunun istehsalı 8,2 faiz, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı 8,8 faiz, ağ neftin istehsalı 16,3 faiz, yanacaq mazutunun istehsalı 32,2 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]